Dünya

Avropada terakt törətmək üçün hazırlanan İŞİD-çilərin siyahısı tapıldı

3 Avqust 2017 17:39
0 Şərh     Baxış: 1 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqda Avropa ərazisində terror aktları törətməyə hazır olan İŞİD üzvlərinin siyahısı aşkar edilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, 173 terrorçunun siyahısında Avropa İttifaqı ölkələrinin də bir neçə vətəndaşı var. Siyahıya terrorçuların fotoları və doğulduqları yer haqqında məlumatlar əlavə olunub.

Siyahıda adı keçənlərin əksəriyyəti İraq əsillidir. Bununla yanaşı, 6 potensial terrorçu-kamikadze Belçika, Niderland, Fransa və Almaniyada doğulmuş şəxslərdir. ABŞ kəşfiyyatı əldə olunan məlumatları Avropa ölkələrinin polis idarələrinə göndərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.