Dünya

ABŞ Trampa Rusiyanın ala bilmədiyi "Boeing"i alır

2 Avqust 2017 09:37
0 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hərbçiləri iki sərnişin təyyarəsinin alınması ilə bağlı "Boeing" korporasiyası ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ HHQ nümayəndəsi bu təyyarələrin prezident Donald Tramp üçün nəzərdə tutulduğunu bildirib.

"Defense One" xəbər portalı isə belə informasiya yayıb ki, bu təyyarələr bir zamanlar Rusiyanın "Transaero" aviaşirkəti tərəfindən sifariş olunsa da, şirkət müflis olduğundan təyyarələr alınmayıb.

ABŞ HHQ nümayəndəsi tayyarələrin dəqiq qiyməti barədə məlumat verməsə də, belə bir təyyarə modelinin qiymətinin təxminən 386,8 milyon dollar təşkil etdiyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.