Dünya

Ağ Ev Entoni Skaramuççinin istefasını təsdiqləyib - YENİLƏNİB

31 İyul 2017 23:30
0 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:30

Ağ Evin kommunikasiya üzrə direktorunun vəzifəsindən getməsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

"Cənab Skaramuççi hesab edib ki, Ağ Ev aparatının yeni rəhbəri Con Kelliyə azad şəkildə öz komandasını formalaşdırmağa mane olmamaladır", deyə S.Sanders qeyd edib.

---------

23:24

ABŞ prezidenti Donald Tramp 10 gün əvvəl Ağ Evin kommunikasiya üzrə direktoru postuna təyin etdiyi Entoni Skaramuççini vəzifəsindən azad edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumatlı mənbələrə istinadən məlumat verib.

Məlumata əsasən, sabiq maliyyəçi E.Skaramuççi Ağ Ev aparatının yeni rəhbəri Con Kellinin sorğusu əsasında işdən qovulub.
 
Bundan əvvəl E.Skaramuççinin jurnalistlərlə ünsiyyətdə olarkən həmkarlarına qarşı kobud ifadələr işlədib və Ağ Evin kommunikasiya şöbəsini tam heyətlə işdən qovmağa hazır olduğunu bildirib.
 
Qeyd edək ki, Ağ Evin sabiq mətbuat katibi Şon Spayser E. Skaramuççinin kommunikasiya üzrə direktor vəzifəsinə gətirildiyinə etiraz olaraq istefa verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.