Dünya

Avropa ölkələri qatı cinayətkarları PKK-ya köməyə göndərdi - FOTO

29 İyul 2017 13:07
1 Şərh     Baxış: 3 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada İŞİD-ə qarşı döyüşdüyü iddiasıyla PKK-ya hər cür dəstək verən Avropa ölkələri indi də terrorçu göndərməyə başlayıb. PKK daxilində AB vətəndaşlarından ibarət "Legion batalyonu" yaradılıb ki, "International" adı verilən terror təşkilatının qərargahı Ayn Əl Ərəbdə (Kobani) yerləşir.

Milli.Az Yeni Şafak-a istinadən xəbər verir ki, bu terrorçuların çoxu başqasına xəsarət yetirmək və təcavüz kimi cinayət əməllərinə görə təqsirləndirilən şəxslərdir.

Suriya şimalına göndərilən bu terrorçuların sayının 5 minə yaxın olduğu deyilir.

Avropalı terrorçular Suriyaya fəal və insan haqları müdafiəçisi sənədləri ilə gəlib. Düşərgəyə göndəriləcək terrorçular əvvəl qeyri-hökumət təşkilatları tərəfindən fəal və insan hüquqları müdafiəçisi şəxsiyyət vəsiqələri ilə təmin edilir. Daha sonra terrorçular PKK ərazisinə göndərilir. Avropalı terrorçular Ayn Əl Ərəbdə olan mərkəzdə təlimlərdən sonra Derik və Tabkaya göndərilirlər.

Heç bir qərb ölkəsi PYD-yə (PKK-nın Suriyadakı qolu) qatılan terrorçular haqqında hüquqi ölçü götürmür, yaranan bu vəziyyəti görməməzlikdən gəlirlər. Cinayətkarlardan təşkil edilmiş bu terror təşkilatı barədə bu zamana kimi onlarla video yayılmasına baxmayaraq, dünya liderləri buna hələ də səssiz qalır.

Terrorçular buradan İraq üzərindən kəşfiyyat qruplarının köməyi ilə qarşıdurma bölgələrinə göndərilirlər. PKK-nın Suriya qoluna dəstək məqsədiylə PYD-yə qatılan terrorçulardan dördü keçən çərşənbə günü Rakkanın şərqində öldürülüb. Avropa mənşəlli bu şəxslərin cəsədləri ölkələrinə göndərilib.

Qərbdən olan mütəxəssislər tərəfindən 20 günlük qısa təlim dövründən sonra döyüş zonalarına göndərilən bu terrorçular 6-8 ay ərzində həmin bölgədə qalırlar. "Beynəlxalq" batalyon olaraq adlandırılan qruplaşmadakıların əksəriyyəti Almaniya, Fransa və İngiltərə əsilli şəxslərdir. Onların sırasında Amerika və Kanada terrorçuları da əhəmiyyətli yerə malikdirlər. Suriyada qalan legion terrorçuları ilə YPG-li terrorçular arasında evlilik nisbəti getdikcə artmaqdadır.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.