Dünya

Məşhur qadın atleti zorlamaq istədilər - "Əlini şortuma salmağa çalışdı..."

28 İyul 2017 18:06
0 Şərh     Baxış: 1 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bodrumda məşq edən atleti 40 yaşlı S.K.A. avtomobillə ona yaxınlaşan bir adamın ona cinsi təavüz etdiyini bildirərək, polisə şikayət edib. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Almaniyada yaşayan və yaz aylarını Bodrumdakı bağ evində keçirən evli və 2 uşaq anası S.K.A. dünən saat 07:30 radələrində sözügedən olayın baş verdiyini deyib. Məşhur türk atlet ona yaxınlaşan şəxsin əlini şortuna salmağa çalışdığını və bu məqamda müqavimətlə qarşılaşdığı üçün hadisə yerindən uzaqlaşdığını sözlərinə əlavə edib. 

Türkiyəni təmsil etdiyi yarışlarda xeyli sayda medalı olan S.K.A. ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını deyib: "Polisə vəziyyəti bildirdik. Kamera qeydləri araşdırılır. Mənə bunu etməyə cəsarət edən adam başqa qadınlara da eyni şeyi edə bilər. Deyilənə görə, son bir həftə içərisində qaçış və səhər yürüşünə çıxan 3 qadının da eyni şəkildə cinsi təcavüzə uğradığı deyilir. İnşallah, belə bir şeyə cürət edən bu adam tezliklə tutular və layiq olduğu cəzanı alar" , - deyib.

Polis şübhəlinin tutulması üçün istintaqa başlayıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.