Dünya

ABŞ kürdləri kütləvi şəkildə silahlandırır - VİDEO

28 İyul 2017 19:00
1 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton PKK terror təşkilatının Suriya qolu olan PYD-ni silahlandırmasqda davam edir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, son həftə ərzində İraqdan Suriyanın Rakka şəhərinin şimal hissəsinə hərbi texnika və silah yüklənmiş 180 yük maşını gəlib.

"İyulun 22-də Hasekeyə İraqdan 100 yük maşını gəlib. 27 iyulda isə daha 80 maşın", - AA əməkdaşları bildirir.

Konvoylar qapalı yük maşınlarından, şəxsi heyətin daşınması üçün maşınlardan və zirehli transportyorlardan ibarətdir.

PYD terrorçularına iyunun 5-də 60 yük maşını, silah gətirilib. İyunun 12-də Suriyanın şimalına daha 20 yük maşını, iyunun 16-da 50, 20 və 26 iyunda ümumilikdə 120 silah dolu TIR avtomobili gəlib. İyulun 5-də Suriya ərazisinə silah dolu 82, iyulun 9-da 102, iyulun 13-də 95, iyulun 17-də 100 - cəmi 629 yük maşını gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.