Dünya

Üç məhkumun həbsxanadan qaçış VİDEOsu ortaya çıxdı - BELƏ QAÇIBLAR

28 İyul 2017 16:45
0 Şərh     Baxış: 4 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında keçən il həbsxanadan qaçan üç məhkumun çəkdikləri qaçış videosu ortaya çıxıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Hoseein Nayer, Conatan Tieu və Tien Duonq adlı məhkumlar keçən il Kaliforniyadakı "Orange County" həbsxanasından qaçıblar. Həbsxanadan qaçış görüntülərini kamerayla qeydə alan məhkumlar bununla kifayətlənməyib, qaçışdan sonrakı həyatlarını da kameraya çəkiblər. Qaçış videolarını '"Həbsdən necə qaçdıq?" başlığıyla sosial şəbəkədə paylaşan məhkumlar yenidən saxlanılıblar.

Məhkumlardan Duonq qaçışdan bir həftə sonra təslim olarkən, digər iki məhkum olaydan səkkiz gün sonra San Fransiskoda ələ keçiblər.

İstintaqdan sonra məhkumlara qaçmaqları üçün kömək etdikləri üzə çıxan bəzi həbsxana səlahiyyətliləri də həbs edilib.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Üç məhkumun həbsxanadan qaçış VİDEOsu ortaya çıxdı - BELƏ QAÇDILAR

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.