Dünya

Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO

28 İyul 2017 12:42
36 Şərh     Baxış: 20 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Yeliz Yeşilmen Instagram-dan qızı Asiya ilə namaz qıldığı zaman çəkilmiş fotosunu paylaşıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, dırnaqlarındakı boyaları unudan Yeşilmenə sosial şəbəkdə sərt reaksiyalar gəlməyə başlayıb. Təqibçiləri "Dırnaq boyası ilə dəstəmaz alınmır" deyərək aktrisanı biabır ediblər. Başqa bir təqibçisi isə aktrisanın sözügedən paylaşımına: "Bu fəlakətlər, terror pozğunluq və təhqirlərin üçün bir xəbərdarlıqdır', - şərhi ilə reaksiya verib.

Yeşilmen namaz fotosuna bunları yazıb:

''Yer, göy dua üstündə quruldu. Biz qızımla birlikdə dəstəmaz aldıq, 2 rükət namaz qıldıq və hər zaman olduğu kimi uca yaradana sığındıq. Yaxşı ki, inanclıyam, şükürlər olsun. İnancım olmadan nəfəs ala bilmərəm. Davamlı olaraq dilimdə dualarım var. Gəzərkən, yemək yeyərkən, üzərkən, yatarkən. Bu təbiətin insanlardan intiqam aldığı çətin günlərdə edəcək heç bir şey yoxdur. Tək şey təbii ki, dua etmək, düzgün yaşamaq. Yalandan, qeybətdən uzaq. Alnımızda nə yazılı isə onu yaşayarıq. Hara qaçırıqsa qaçaq, alnımızda nə yazılıbsa odur.
Son illər çətin keçir - terror, fəlakətlər, təcavüzlər... Eh...! arada bir xəbərdarlıq olmalıdır ki, insanlar özünə gəlsin. Ən qorxuncu günah birini boş yerə mühakimə etməkdir. Bu hal-hazırda tez-tez edilən səhvdir. Bəli, ideal deyilik bəlkə, amma öz adıma bunu söyləyərəm, inancım mənə yetər. Keçmiş olsun Bodrum və keçmiş olsun İstanbul. Bol dua edib, uşaqlarımıza da öyrədək, xahiş edirəm. Gecəniz xeyirə".

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.