Dünya

Gülnarə Kərimovanın həbsi ilə bağlı TƏFƏRRÜAT - Milyardlıq cinayət - FOTO

28 İyul 2017 12:11
10 Şərh     Baxış: 7 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:11

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun həbs edilən qızı Gülnarə Kərimovanın həbsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Gulnarə Kərimova bundan 2 il qabaq da saxlanılıb, barəsində araşdırma aparılıbmış.

Daha sonra məlum olub ki, sabiq prezidentin qızı müəyyən cinayətkar qrupla birgə külli miqdarda dövlət əmlakını mənimsəyib və  hədə-qorxu ilə pul tələb ediblər. Gülnarə Kərimovanın daxil olduğu mütəşəkkil cinayətkar qrupun 12 xarici ölkə ərazisində  1,394 milyard dollar, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank dəyərində aktivləri aşkarlanıb.

Bundan başqa, onların eyni zamanda Fransa, Honkonq, İsveç, Böyük Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta, İspaniya və Rusiyada da mülk və pulları olub. 
 
Təkcə İsveçrədə 777,8 milyon dollar və Koloni şəhərində dəyəri 18,5 milyon dollar olan villa aşkarlanıb.

---------

10:20

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.