Dünya

8 saatdan sonra yenidən dünyanın ən varlısı oldu

28 İyul 2017 09:17
0 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts yenidən dünyanın ən varlısı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.

Ötən gün ilin ilk yarısında təmiz gəlirlərinin 900 milyon olduğunu açıqlayan "Amazon" şirkətinin səhmlərini qiymətində artım baş verib. Nəticədə 53 yaşlı Bezos sərvətini 90,2 milyard dollara çatdırıb. O, uzun illərdir dünyanın ən varlı adamı sayılan Bill Qeytsi siyahıda qabaqlayıb. Lakin günün sonunda şirkət Nyu-York fond birjasını 3,2 faiz dəyər itirib və Bezos dünyanın ən zəngini adına 8 saatdan sonra Bill Qeytsə geri qaytarmalı olub. Hazırda "Microsoft" şirkətinin qurucusu 90 milyard dollarla sahibdir.

Siyahıda növbəti yerləri müvafiq olaraq "Zara" brendinin sahibi Amansio Orteqa (83,1 milyard), Bekşir Hetevey şirkətinin sahibi Uarren Baffet (74,4 milyard) və "Facebook" qurucusu Mark Zukerberq (72,3 milyard) tutur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.