Dünya

Ərəb ölkələri terrorçular siyahısını genişləndiriblər

27 İyul 2017 22:37
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir ümumi terrorçular siyahısını genişləndiriblər. Siyahıya Qətərin dəstək göstərdiyi daha doqquz adamın adları əlavə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, adları siyahıya daxil edilənlər Qətər, Küveyt, Liviya və Yəmən vətəndaşlarıdır.

Xatırladaq ki, "ərəb dördlüyü" iyunun 5-də Qətəri terrorizmi dəstəkləməkdə ittiham edərək, bu ölkə ilə diplomatik əlaqələrini kəsib. Sonra terrorçuların ümumi siyahısı tərtib edilib və siyahının yeniləcəyi istisna olunmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.