Dünya

Malidə göyərtəsində BMT sülhməramlıları olan helikopter qəzaya uğrayıb

26 İyul 2017 20:46
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malinin şimalında BMT sülhməramlı kontingentinə məxsus hərbi helikopter qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza zamanı helikopterdə 2 almaniyalı hərbçi olub, onların taleyi barədə hələ ki, məlumat yoxdur.

BMT missiyasının nümayəndəsi Əhməd Makayl "Tiger" helikopterində Almaniya vətəndaşlarının olduğunu təsdiqləyib.
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.