Dünya

Dostu ilə oğurlayıb 10 həftə zorladığı qadını sevdi: Rusiyadakı DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI - FOTO

26 İyul 2017 18:45
0 Şərh     Baxış: 6 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rus iş adamı olan Yekaterina Kalivanova adlı qadın iki polis tərəfindən Moskvada qaçırılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, polislər 10 həftə ərzində biznes-ledini zorlayıblar. Gənc qadın o müddət ərzində onu qaçıran polis məmurları Dmitry Prisçenko və Dmitry Sokolov tərəfindən seks köləsi olaraq istifadə edilib.

Qadının ləl-cəvahiratlarını, pulunu, ev və avtomobilinin açarlarını götürən polislər üzünə silahın arxası ilə dəfələrlə zərbə endiriblər. Yekaterina Kalivanova o anları: "Hər yerim qan içidə idi. Ayaqlarımdan axan qanın ayaqqabımda yığıldığını hiss edirdim" , - sözləri ilə izah edib.

32 yaşlı Yekaterina Kalivanova 10 həftəlik əzabdan onu oğurlayan polsilərdən birinin aşiq olması nəticəsində xilas olub. Polisin ona olan hisslərindən faydalanan rusiyalı biznes-ledi mobil telefonu istəyərək təcili yardıma zəng edib, kömək istəyib.

İki il əvvəl yaşadığı kabusdan sonra hələ də normal həyata dönə bilməyən Yekaterina Kalivanova ona aşiq olan Dmitry Sokolov ilə əlaqədar "Mənimlə evlənmək və məndən iki uşaq sahibi olmaq istəyirdi. Bunu xəyal edə bilirsinizmi?" , - deyib.

Həbs edilən polis məmuru Dmitry Prisçenko 27 il, Dmitry Sokolov isə 17 il azadlıqdan məhrum edilə bilər. Məhkəmə prosesi davam edir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.