Dünya

Qüds şəhəri İslam Dünyasının Gənclik paytaxtı elan edildi

26 İyul 2017 12:46
0 Şərh     Baxış: 2 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi "İslam Dünyası Gənclik Paytaxtı" beynəlxalq proqramının seçim komissiyası Qüds şəhərini 2018-ci il üçün "İslam Dünyasının Gənclik Paytaxtı" seçib.

Milli.Az xəbər verir ki, bununla bağlı komissiya üzvlərinin fövqəladə iclasında yekdilliklə qəbul edilən qərarda son günlərdə Əl-Əqsa məscidində fələstinlilərin hüquqlarının kəskin şəkildə pozulması faktı öz əksini tapıb, o cümlədən, qəbul edilmiş qərarın Fələstin xalqına olan dəstəyin göstəricisi olduğu bildirilib.

İƏT Gənclər Forumu və İƏT-in, eləcə də Türkiyə, İran, Malayziya və Mərakeş nümayəndələrinin təmsil olunduqları seçim komissiyasının qəbul etdiyi qərarda BMT və İƏT-nın Şərqi Qüdsün müsəlman identikliyinə yönəlmiş və Fələstin xalqının bu şəhərdə təməl hüquqlarının qorunması ilə bağlı qərarlarına da istinad edilib.

Məlum qərarı şərh edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov bildirib ki, sözügedən sənəd Fələstin xalqının Qüdsil-Şərifə və Əl-Aqsaya olan ayrılmaz haqları uğrunda mübarizəsinə İslam dünyasının dəstəyini ehtiva edir. Bununla yanaşı, İƏT üzv-ölkələri və üzv-qurumlara göndərilən müraciətdə proqramın lazımi qaydada həyata keçirilməsi üçün İƏT Gənclər Forumu ilə əməli əməkdaşlığa çağırış edilib.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.