Dünya

Fransada meşə yanğınları yaşayış məntəqələrinə çatdı - 10 min adam təxliyə edildi

26 İyul 2017 11:09
0 Şərh     Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Fransanın cənub-şərq ərazilərinda başlayan güclü yanğınlar gecə saatlarında yaşayış məntəqələrinə doğru irəliləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğınlar Var departamentində Lond-le-Mor və Kap Benat yaşayış məntəqələrini təhlükə altında qoyub. Bu səbəbdən təxminən 10 min adam təxliyə olunub.

Son məlumata görə, yanğın əksəriyyəti meşə ərazisi olmaqla artıq 400 hektar sahəni əhatə edib.

Var departamentində yanğınların söndürülməsi zamanl 4 yanğınsöndürən xəsarət alıb. Onlar yüngül yanıq xəsarətləri ilə xəsatəxanaya yerləşdirilib. Sakinlərin təxliyəsini təşkil edən daha 15 nəfər isə tüstüdən zəhərləndiyi bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.