Dünya

Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi - FOTO

25 İyul 2017 18:18
2 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya qütb bölgəsində araşdırma aparmaq məqsədilə kiçik pilotsuz təyyarə istehsal edib.

Milli.Az lent.az-a istinadən xəbərinə görə, "VRT 300" adlı təyyarə ilk dəfə MAKS 2017 sərgisində ictimaiyyətə təqdim edilib.
 
Pilotsuz təyyarə kiçik ölçüsünə baxmayaraq, 300 kq yük daşıya, 5 saat müddətində havada qala və saatda 180 km sürətə çata bilir. 
 
Qeyri-adi nəqliyyat vasitəsi Antarktikada istifadə ediləcək. Belə ki, "VRT 300" gəmilərin nə ilə qarşılaşacağını müəyyənləşdirmək, onlara məlumat vermək, buzun qalınlığını ölçərək istiqaməti müəyyənləşdirmək kimi vəzifələri yerinə yetirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.