Dünya

Neftin qiyməti 49 dollara yaxınlaşır

25 İyul 2017 09:27
Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya birjalarında neft bahalaşmaqdadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,56% artaraq 46,60 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,53% artaraq 48,86 dollar olub.
 
Nefti bahalaşdıran amilə gəlincə, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ötən gün Sankt-Peterburqda OPEC+ razılaşmasının icrasına dair monitorinq komitəsinin iclasında bəyan edib ki, krallıq avqustda neft ixracını 6,6 mln. barelədək azaldacaq.

Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, komitə üzvləri OPEC və kartelə daxil olmayan ölkələr 2018-ci ilin ilk rübündən sonra da hasilatın azaldılmasına dair razılaşmanın müddətini uzada bilər.
 
Bunu Səudiyyə Ərəbistanının energetika naziri də dəstəkləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.