Dünya

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

24 İyul 2017 22:44
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Ukraynanın Donbas bölgəsinə sülhməramlı kontingent göndərməyi planlaşdırmır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.

"Məlum olduğu kimi, biz "Normand dördlüyü", üçtərəfli təmas qrupu və ATƏT-in səylərini dəstəkləyirik. Biz vəziyyəti yalnız diqqətlə izləyirik, hər hansı hazırlıq işləri görmürük. İstənilən qərar qəbul edildikdə bütün tərəflərin razılığı lazımdır. Hazırda BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır", deyə BMT rəsmisi jurnalistlərə açıqlamasında bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.