Dünya

Pakistanda partlayış: 25 ölü, 53 yaralı - YENİLƏNİB - FOTO

24 İyul 2017 20:46
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:46

Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində azı 25 nəfər ölüb, 53 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, motosikletlə hərəkət edən terrorçu-kamikadze özünü ərzaq bazarının girişində partladıb.

Məlumata əsasən, ərzaq bazarı Pəncab əyalətinin baş naziri Şahbaz Şərifin iqamətgahından 100 metr aralıda yerləşir.
 
Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

---------

17:21

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu polis idarəsindən bildiriblər.

Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.

Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib. 

Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında asayiş keşikçiləri də var. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.