Dünya

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 24-ə çatdı - YENİLƏNİB

24 İyul 2017 13:13
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:13

Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstan məmurları bildiriblər.

----------

09:48

Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, terrorçu-kamikadze iyulun 24-də səhər saatlarında partlayıcı yüklənmiş avtomobili Kabulun rayonlarından birində partladıb.

Partlayış Əfqanıstan icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında törədilib.

----------

08:39

Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, terrorçu-kamikadze iyulun 24-də səhər saatlarında partlayıcı yüklənmiş avtomobili Kabulun rayonlarından birində partladıb.

Partlayış Əfqanıstan icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında törədilib.

----------

08:39

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

---------

07:31
 
Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü  partladıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.