Dünya

Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - FOTO

23 İyul 2017 16:34
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin qədim bölgələrindən biri olan Aksarayda Qarabağ parkı və Xarıbülbül abiddəsinin açılışında minlərlə insan iştirak edib. Şəhərin mərkəzində yerləşən və Aksarayın ən böyük parkı olan Qarabağ parkı millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Aksaray bələdiyyə məclisinin qərarı ilə hazırlanıb.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Prezident yanında QHT-na Dəstək Şurasının dəstəyi ilə hazırlatdığı Xarıbülbül abidəsinin də açılışı olub. Tanınmış heykəltaraş Akif Əsgərov tərəfindən hazırlanan, Qarabağda bitən və bülbülə oxşayan Xarıbülbül çiçəyi abidəsinin üzərində Xocalı soyqırımı qurbanlarını əks etdirən fəryad edən ana təsviri, Xan qızı Xurşudbanu Natavanın, böyük şair Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın və Şuşanın tarixi yerləri öz əksini tapıb. "Qarabağ parkı" və "Xaribülbül" abidəsinin açılışında Azərbaycan və Türkiyə millət vəkilləri, Aksaray bələdiyyəsinin rəhbəri, QHT, mediya nümayəndələri və minlərlə yerli sakinlər iştirak edib.

Millət vəkili Q. Paşayeva bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində "Xocalı", "Qarabağ" və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir. 30 000 kvm ərazini əhatə edən "Qarabağ parkı"nı gəzən bələdiyyə rəhbəri və qonaqlar zəngin, maraqlı güşələri olan tematik parkla yaxından tanış olub, "Xaribülbül abidə"sini ziyarət ediblər. Möhtəşəm hazırlanmış abidənin önündə toplaşan qonaqlar Aksaray vilayətinin ən gözəl güşəsində təxminən bir ilə ərsəyə gələn "Qarabağın parkı"nın bundan sonra Aksarylıların ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayet edəcəyi bildirilib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında tədbir iştirakçılarına Qarabağ həqiqətləri və abidə ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb. Abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib. Abidənin açılışından sonra Qarabağ parkının açılışı ilə bağlı "Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi" keçirilib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxışında biz Azərbaycanın səsi olmağa hər zaman hazır olduq və bu sözdə qalmadı deyən Aksaray bələdiyyəsinin rəhbəri Haluk Şahin Yazqı Qarabağın adını Aksaray vilayətində yaşatmağın qürurunu yaşadırıq deyib.

Parkın açılışından çıxış edən millət vəkili Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi "Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır deyib: "Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Sabah qədim Ağdamımızın işğal olunduğu bir gündür və bizim hamımız üçün çox ağır bir gündür və birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gecləndirməliyik".

Millət vəkili səhnədə 2 yaşlı Zəhranın şəklini göstərərək onun erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə abidələr və parkalar Türkiyənin dörd bir yanında açılmalıdır deyilib.

Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi mesajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli mesaj oldu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib.

O, bildirib ki, bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir mesajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Qarabağda, Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun"- deyərək bitirib.

Millət vəkilinin Aksaraylılara səslənərək biz bilirik ki siz Aksaraylı olduğunuz qədər də Qarabağlısınız çağırışına yüzlərlə insan bir ağızdan biz də Qarabağlıyıq deyə cavab verib. Rəsmi hissədən sonra "Qarabağdan Aksaraya könül körpüsü, Azərbaycan Türkiyə qardaşlıq gecəsi" keçirilib. Azərbaycan xalq musiqilərinin ifa olunduğu gecədə ölkəmizdən dəvət olunmuş sənətçilər Əməkdar artist Aybəniz Həşimova, gənc sənətçi Aynişan Quliyeva, musiqiçi İlham Əskəroğlu və xanəndə Nicat Canıyev çıxış edib, "Qarabağ Şikəstəsi", "Çırpınırdı Qara dəniz" və s. çox sevilən musiqilər tamaşaçılarla birlikdə ifa olunub. Azərbaycan musiqiləri alqışlarla qarşılanıb. Gecənin sonunda Millət vəkili Qənirə Paşayevaya Aksarayın Fəxri Vətəndaşı adı və bununla bağlı bələdiyyə məclisinin qərarı təqdim olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.