Dünya

İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib

22 İyul 2017 22:24
51 Şərh     Baxış: 2 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güney Azərbaycanda türklərə qarşı təzyiqlərə daha biri əlavə olunub. Türk milliyyətçisi və qadın hüquqları müdafiəçisi Safiyə Qarabaği İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mənbə qeyd edir ki, türk milliyyətçisi və qadın hüquqları müdafiəçisi Safiyə Qarabaği Zəncanda İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Hüquq müdafiəçisinin həyat yoldaşı Ruzbeh Səadəti Safiyə Qarabağinin həbs olunmasından sonra mətbuata açıqlama verib. O, evində axtarış aparıldığını və həyat yoldaşına məxsus əşyaların polis tərəfindən götürüldüyünü qeyd edib: "Həbs olunduqdan sonra kəşfiyyat dairəsində bir neçə saat saxlanılıb. Sonra 3 məmur Safiyəni evə gətirib axtarış aparıblar. Noutbuk, dəftər və kitabları götürərək aparıblar. Safiyə ilə cəmi bir-iki kəlmə söhbət edə bildik. Haqqında səsləndirilən ittihamların rejim əleyhdarı olması, ictimaiyyəti azdırmaq və yalan malumat yaymaq olduğunu söylədi", - deyə bildirib.

Səadəti Safiyə Qarabaği ilə çox qısa söhbət etdiyini deyərək həyat yoldaşının "hakim rejimə qarşı yönələn fəaliyyəti", "ictimaiyyəti azdırmaq" və "yalan xəbər yaymaq" ithamları ilə günahlandırılaraq həbsə atıldığını açıqlayıb. Safiye Qarabağinin qadın hüquqları, qadına qarşı şiddət, İranda gender bərabərsizliyi və türk dilinə qoyulan qadağalara qarşı cəmiyyəti oyatmağa çalışan yazıları var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.