Dünya

81 yaşlı nənə bədəni ilə heyran edir - VİDEO - FOTO

22 İyul 2017 13:21
3 Şərh     Baxış: 3 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da yaşayan 81 yaşlı qadın bədən forması ilə nəvəsi yaşda olan qadınlara belə meydan oxuyur.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bir əsrə yaxın olan Ernestin Şepard adlı qadın bodibildinqlə məşğuldur. Bu idman növü ilə məşğul olmasının isə tarixçəsi qəribədir.

56 yaşı olan zaman Ernestin bacısı özündən bir yaş böyük Mildred ilə çimərlik geyimi almaq üçün mağazaya gedib. Lakin güzgüdə gördükləri bədən forması onları heç də qane etməyib. 

Bacılar əvvəlcə aerobika ilə məşğul olmağa başlayıblar. Daha sonra məşqlərinin formasını dəyişiblər. Bir müddət sonra Mildred bacısı ilə arzusunu bölüşüb - ən yaşlı bodibilderlər kimi Ginnesin rekordlar kitabına düşmək. 

Lakin tezliklə böyük bacı xəstəlikdən dünyasını dəyişib. 5 illik depressiyadan sonra Ernestin məşqlərə təkbaşına davam etməli olub. Son 20 ildə o 9 marafon qaçıb, iki bodibildinq yarışını qazanıb və rekordlar kitabına düşə bilib. 

Ahıl yaşından sonra əsl idmançı olan qadın yaşadığı şəhərdəkilərə kömək etmək qərarına gəlib və idman zalı açıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

81 yaşlı nənə bədəni ilə heyran edir

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.