Dünya

Ağ evin mətbuat katibi Şon Spayser istefa verib

21 İyul 2017 21:10
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şon Spayser Ağ evin mətbuat katibi postundan istefa verib. Bu barədə iyulun 21-də The New York Times qəzeti məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəzetin məlumatına görə, Spayserin belə bir addım atmasına Prezident Donald Trampın maliyyəçi Entoni Skaramuççini Ağ ev aparatının kommunikasiya direktoru təyin etməsi səbəb olub.

ABŞ administrasiyasının bütün kütləvi informasiya-təbliğat siyasətini Ağ ev aparatının kommunikasiya direktoru kurasiya edir. Bu ilin mayınadək həmin postu əvvəllər Respublikaçılar Partiyasının nümayəndələrinə məsləhətlər və siyasi reklamlar sahəsində xidmətlər göstərən Crossroads Media kompaniyasına rəhbərlik etmiş Maykl Dubke tuturdu. Ona qədər isə həmin vəzifədə ABŞ Dövlət Departamentinin sabiq nümayəndəsi Cen Psaki işləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.