Dünya

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

20 İyul 2017 23:22
1 Şərh     Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevin mərkəzində "Çerniqovskaya" metro stansiyasının yaxınlığında iki nəfər 53 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Asif Bahadur oğluna atəş açıb.

Milli.Az modern.az-a istinadən bildirir ki,ölkənin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə əsasən, ilkin məlumata görə, atəş "Kalaşnikov" avtomatı və tapançadan açılıb. Qatillər avtomatı hadisə yerində qoyaraq qaçıblar. Meyitin üzərində 20 güllə yarası aşkar edilib.
Qeyd edək ki, A.Məmmədov üç ildir Rusiyanın Kemerovsk vilayətində münaqışə nəticəsində həmyerlisini öldürməkdə şübhəli bilinərək axtarışa verilib.
 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.