Dünya

Ququş Ermənistana gedir

20 İyul 2017 17:43
32 Şərh     Baxış: 5 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) Ermənistanda konsert verəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi rəsmi İnstagram səhifəsində məlumat yayıb. 

Bildirilir ki, Ququş 31 avqust tarixində İrəvanda pərəstişkarlarının qarşısına çıxacaq. 

Xatırladaq ki, ifaçı 2 sentyabrda isə Tbilisidə konsert verəcək. 

Bu məqamda qeyd edək ki, Ququşun konser turu siyahısında Azərbaycanın adı yoxdur. Sənətçi sonuncu dəfə 2011-ci ildə Bakıda konsert verməyi planlaşdırsa da, daha sonra bu istəyindən imtina edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.