Dünya

Trampın oğlu, kürəkəni və yardımçısı ifadə verəcək

20 İyul 2017 12:39
0 Şərh     Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın böyük oğlu, kürəkəni və onun keçmiş təşviqat meneceri Senat komitələrinin Rusiyanın 2016 seçkilərinə müdaxilə iddialarını təhqiq etməsindən sonra ifadə verəcəklər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, oğul Donald Tamp, Jared Kushner və Paul Manafort Rusiya rəsmiləri ilə əlaqədə ittiham olunurlar.

Cənab Tramp və onun müttəfiqləri hər hansı sövdələşməni təkzib edib.

Bu arada, cənab Tramp bildirib ki, o, Jess Sessionsın özünü kənara çəkəcəyini bilsəydi onu təyin etməzdi.

New York Times qəzetinə müsahibəsində, cənab Tramp baş prokurorun qərarını "çox ədalətsiz" adlandırıb.

"Sessions özünü kənarda tutmamalı idi və əgər o, özünü kənar tutacaqdısa, bunu işi qəbul etməzdən öncə deməli idi və mən də başqasını seçərdim."

Cənab Sessions mart ayında özünü Rusiya ilə bağlı təhqiqatdan uzaq tutduğunu elan edib.
Bu, onun Senatda keçirilən təsdiqlənmə dinləmələrində Rusiyanın ABŞ-dakı səfiri ilə görüşməsi barədə məlumat verməməsi bəlli olduqdan sonra baş verib.
Cənab Sessions onun iddialarına şərh verməyib.

Eyni müsahibədə cənab Tramp bu ayın əvvəlində Hamburqda Rusiyalı həmkarı Vladimir Putinlə "ikinci görüşü" barədə danışıb. O deyib ki, görüş 15 dəqiqə davam edib və daha çox bir-birinə "xoş sözlər" deməkdən ibarət olub.

Onlar həmçinin "qəyyumluq" qanunundan danışıblar, New York Times yazır. ABŞ insan haqlarına görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq etdikdən sonra ABŞ-lılara Rusiyadan uşaq övladlığa götürmək qadağan edilib.

Cənab Tramp və cənab Putin arasında görüş mediada çıxan xəbərlərdən sonra Ağ Ev tərəfindən təsdiqlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.