Dünya

Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

19 İyul 2017 16:45
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi Peter Ştoydtnerin saxlanılması ilə bağlı Türkiyə səfirini XİN-ə çağırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə nazirliyin rəsmi nümayəndəsi Martin Şefer deyib.

"AFR hökuməti Ştoydtnerin azad edilməsini və konsulluq yardımına çıxışın təmin olunmasını tələb edir", - M.Şefer bildirib. 

Onun sözlərinə görə, səfir əmin edib ki, tələbləri dərhal Ankaraya çatdıracaq.
XİN nümayəndəsi qeyd edib ki, hüquq müdafiəçisi artıq iki həftədən çoxdur istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, Türkiyə məhkəməsi altı hüquq müdafiəçisi haqqında həbs qətimkan tədbirinin seçilməsini qərara alıb. Terror fəaliyyətində şübhəli bilinən bu şəxslərin arasında Amnesty International təşkilatının Türkiyə nümayəndəliyinin başçısı da var.

Hazırda Türkiyədə istintaq təcridxanasında analoji ittihamla saxlanılan Almaniyanın "Die Welt" qəzetinin jurnalisti Dəniz Yücel saxlanılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.