Dünya

Ruhaninin qardaşı Hüseyn Firudin zaminə buraxılıb

18 İyul 2017 19:22
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maliyyə cinayətilə bağlı ittiham üzrə həbs edilmiş İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin zaminə buraxılıb, media xəbər verir.

İSNA agentliyi prezidentin aparıcı müşavirlərindən olan Hüseyn Firudin-in zaminə bazar ertəsi buraxıldığını bildirib.

Milli.Az BBC-yə istinadən bildirir ki, məhkəmənin sözçüsü Qulamhüseyn Muhsen-Ejeyi bundan bir gün əvvəl həbsə alınmış cənab Firudinin "müxtəlif araşdırmalar"a cəlb olunduğunu deyib.

Zaminə buraxılma üçün ödənilən məbləğin həcmi açıqlanmır.

Lakin mətbuat 350 milyard rialın ($9.3 million) yatırıldığını xəbər verilir.

Hadisə hakimiyyətin prezident və ədliyyə qolları arasında çəkişmənin təzahürü hesab olunur.

Bu gizli mübarizə Həsən Ruhaninin may ayında seçilməsindən sonra kəskinləşib, AFP agentliyinin xəbərində deyilir.

Məlumatda bildirilir ki, mühafizəkarların üstünlük təşkil etdiyi ədliyyə sistemi prezidentin sosial məhdudiyyətləri aradan qaldırmaq cəhdlərinə müqavimət göstərir.

Hüseyn Firudinin həbsi ona qarşı ilk ittihamların təqdim edilməsindən bir il keçmiş baş verib.

Ötən il Baş Müfəttişlik İdarəsinin rəhbəri Nasir Sirac cənab Firudini iki bank direktorunun təyinatına təsir göstərdiyini bildirib. İnqilab Keşikçilərinə əsasən onlardan birinin "geniş korrupsiya qalmaqalına" aidiyyatı var idi.

Prezident Həsən Ruhani həbsə münasibət bildirməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.