Dünya

Bu aviaşirkətin təyyarələri pulsuz olacaq

18 İyul 2017 18:55
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslandiyanın "WOWair" aviaşirkətinin baş direktoru Skuli Mogensen yaxın gələcəkdə sərnişinlər üçün biletlərin pulsuz olacağını elan edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, baş direktor pulsuz səyahətlərdən əlavə, sosial şəbəkələrdə aviaşirkətlə bağlı müsbət paylaşım edənləri pulla mükafatlandıra biləcəklərini də sözlərinə əlavə edib.

Şirkətin rəhbəri deyir ki, onlar əlavə xidmətlərdən daha çox pul qazanırlar və biletləri pulla satmağa ehtiyac qalmır. Həmin xidmətlərə isə təyyarədə oturacaq yerinin seçimi, erkən qeydiyyat, səyahət zamanı yeməklərin satışı, avtomobil kirayəsi, mehmanxanalarda yer sifarişi və s. aiddir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.