Dünya

"Ankara Moskva ilə S-400 alışı haqqında müqavilə imzalamağa yaxındır"

18 İyul 2017 17:20
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Rusiya ilə S-400 zenit-raket sistemlərinin alışı haqqında müqavilə imzalamağa yaxındır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.

Nazir qeyd edib: "Biz sənəd imzalanmasının yekun mərhələsindəyik, heç bir problem müşahidə olunmur. İmzalanmanın vaxtını deyə bilmərəm, lakin bütün çətinlikləri arxada qoymuşuq".

Xatırladaq ki, ayın əvvəlində F.İşık Türkiyənin S-400-lərin alışının maliyyələşdirilməsi məsələsi üzərində işlədiyini bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.