Dünya

Kişilərlə saytlarda tanış olub, cinsi əlaqəyə girir, sonra... - 26 yaşlı qızdan inanılmaz əməllər

18 İyul 2017 18:29
3 Şərh     Baxış: 3 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton ştatının Olimpiya şəhərinin sakini Seul Ki Yum adlı şəxsi 1 ay müddətinə azadlıqdan məhrum ediblər.

Buna səbəb onun "Tinder" və "OK Cupid" tanışlıq saytlarında münasibət yaratdığı kişiləri, sonradan şantaj edərək külli miqdarda pul alması olub.

26 yaşlı Yum üç il ərzində, cinsi təmasdan sonra əks cinsin nümayəndələrinə hamilə qaldığını bildirir. Qız qurbanlarının qohumlarına və ya arvadlarına bu barədə danışacağı ilə hədə-qorxu gələrək, ümumilikdə təxminən 300 min dollar "qazana" bilir. Belə ki, hətta bir şəhər sakini arvadı qarşısında ifşası qorxusundan 2 il ərzində hər ay şantajçıya 10 min dollar ödəyirmiş.
Xəsarət alanlardan biri FTB-yə müraciət edib. Nəhayət, Yum hüquq mühafizə əməkdaşları tərəfindən ciddi izlənmədən sonra yeni bir şantaj faktı qeydə alınıb və onu həbs ediblər.
Məhkəmə zəif cəza təyin etməyə razılaşıb, çünki qız öz günahını etiraf edib və istintaqla fəal əməkdaşlıqdan boyun qaçırmayıb./Publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.