Dünya

"Region ölkələri problemlərini həll etmək iqtidarındadır"

17 İyul 2017 23:34
0 Şərh     Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sepah"ın terror qruplaşmaları ilə bir cərgədə tutulması, ona qarşı sanksiyalar tətbiq edilməsi  Amerika və onun regiondakı bazaları üçün böyük riskdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Məhəmmədhüseyn Baqiri deyib.

"İrana qarşı yeni sanksiyalar yerli potensialın çiçəklənməsinə, özünə güvən və inkişaf üçün bir fürsətdir. İran İslam Respublikasının raket proqramı müdafiə xarakterlidir və bu, heç zaman müzakirə predmeti ola bilməz", deyə Məhəmmədhüseyn Baqiri bildirib.

İraq Kürdüstanında referendumun keçirilməsinə toxunan M.Baqiri deyib ki, bu, bölgədə yeni problemlərə səbəb ola bilər: "Bu məsələni heç bir halda  İraqın qonşu ölkələri qəbul edə bilməz. İraqın suverenliyi və ərazi bütövlüyünün qorunması bu ölkədə yaşayan bütün tayfa və din mənsublarının xeyrinədir".

Ordu generalı həmçinin bildirib ki, Fars Körfəzi ölkələrində baş vermiş son gərginlik danışıqlar yolu ilə həll olunmalıdır: "Əminliklə deyə bilərəm ki, yeni hər hansı bir gərginlik  təcavüzkarların bölgəyə girməsinə zəmin yaradacaq. Region ölkələri özləri-öz problemlərini həll etmək iqtidarındadır. Hegemon və regiondan kənar güclərin müdaxiləsinə ehtiyac yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.