Dünya

Hansı qadınlar həyat yoldaşına UĞUR GƏTİRİR?

17 İyul 2017 16:51
6 Şərh     Baxış: 1 714

Qadın ailənin psixi enerjisini təcəssüm etdirir. Qadının ruhi enerjisi necədirsə, özünü nə cür aparırsa, ailədə də eyni ruhi enerji hökm sürür. Əgər qadının psixi enerjisi hər şeyin yaxşı olacağına inanarsa, onda onun müsbətə olan inancı həqiqətən də işə yarayacaq.

Bu cür düşünən xanımlar ərinə uğur gətirir. Bu fakt rusiyalı psixoloqların apardığı araşdırmalar nəticəsində ortaya çıxıb.

Hətta qadının əhvalı pis olsa da, o, öz ərinin uğurlarından heç vaxt şübhə etmir. Amma bu, çox nadir hadisədir. Çünki əsasən qadınlar həyəcanlanmağa, şübhə etməyə və əsəbiləşməyə meyllidir. Psixoloqlar bildirib ki, əslində hər şey qadınların psixi qüvvəsindən asılıdr. Məsələn, problem yarananda hansısa qoruyucu duaları oxumaq və inancını itirməmək qadının əsas vəzifəsidir.

Qadın ağlı kişilərdən altı dəfə həssasdır, buna görə də qadın qarşıda duran çətinlikləri kişilərdən daha tez dəf edir. Və bu çətinliyi duymaq qadının borcudur.

Rusiyanın Ailə Problemləri İnstitununun professoru Oleq Qennadeviç Torsunovun sözlərinə görə, qadın heç vaxt ərinə "Mənə belə gəlir ki, tezliklə bizim problemlərimiz olacaq" və sairə bu kimi sözlər deməməlidir:

"Çünki faydasızdır, onsuz da kişi söhbətin nədən getdiyini başa düşməyəcək. Narahatlıq hissini dəf etmək üçün qadın pozitiv düşüncələrini heç vaxt itirməməyə səy göstərməli və buna ürəkdən inanmalıdır. Eyni zamanda qoruyucu dualar oxumağa başlamalıdır. Vedalarda (hinduizmin müqəddəs mətnlərinə verilən ad) buna çox böyük diqqət yetirilir. Məsələn, qadınlar uşaqlarının bədəninin təxminən iyirmi müxtəlif hissələrinə su və ya gil vurur. Qadın bu ayini hər gün böyük coşqunluqla yerinə yetirir, beləliklə də övladları müxtəlif təsirlərdən xilas olur. Yəni uşaqlar qorunmuş olur. Faktiki olaraq ananın duaları uşağı qoruyur. Əgər uşağın karması pisdirsə, hər hansı bədbəxt hadisə baş verməzdən əvvəl ana güclü təhlükənin yaxınlaşdığını hiss edir. Onda qadın hər şeyin yaxşı olacağına inanmalıdır. Bu halda inam həyəcana üstün gələcək və o, baş bədbəxt hadisənin həyata keçməsinə imkan verməyəcək"

İslam dinində bəd nəzərdən, pis gözdən, nəfsdən qorunmaq üçün müxtəlif dualar var. Buradan belə nətiyəcə gəlmək olar ki, biz bədbəxt hadisələrin qarşısını öz dualarımız sayəsində qismən ala bilərik. Xüsusilə qadının inamı istənilən pis təsirlərə müqavimət göstərir.

Belə güc psixikada da var. Və bilmək lazımdır ki, bu güc qadınların şüurunda daha çox olur, nəinki kişi beynində./Publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 İyul 17:2722

    Yazilmadi axi hansi tip oxumaqa deymez,

    Cavab yaz
    • Anonim
      Esraya · 17 İyul 18:5600

      Birinci abzasda gosterilib. Incime, senlik deyil Hiss etdiyim qeder siz deyingen qadin tipisiz.

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 17 İyul 21:0510

        Incimirem dubbeduz dedin deyingen qasinmayan yerden qan cixardanam. ha ha ha ha ))))))

        Cavab yaz
  • Anonim
    esraya · 17 İyul 18:1600

    her halda senin tipin deyil

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 17 İyul 21:0600

      Niye men pisemmm ay Allah, meni tanimadiqiniz halda deyirsiniz...Menim tipim necedir ki???

      Cavab yaz
      • Anonim
        MiruMir · 18 İyul 03:3500

        Gel men seni bir az tesvir edim de. Seni kenardan az cox izlediyim ucun xasiyyetini azaciq da olsa tanimiwam. Sert, kobud, sozu uze deyen, onun bunun fikrini nezere almayan, o bu ne deyer deye dusunmeyen, istediyini eden cox guclu bir qadinsan. Sert ve kobud olmagin eslinde senin qalxanindir, vaxtinda cox qirilmisan, ona gore ozunu qorumaga başlamisan. Amma bu sert qizin arxasinda ureyiyumwaq, duygusal bir qadin dayanir...

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.