Dünya

Yerə təhlükəli meteorit yaxınlaşır - Gözlə görmək mümkün olacaq

17 İyul 2017 15:40
4 Şərh     Baxış: 1 504

İyulun 23-də Yer kürəsinin yaxınlığından meteorit keçəcək.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, meteoritin 40-90 metr böyüklüyündə olduğu bildirilir.

Məlumata görə, göy cismi bu gün səhər saatlarında Yerdən təxminən 1,2 milyon km uzaqlığında keçən meteoritdən 40 min km daha yaxın keçəcək.

Sözügedən göy cismindən əlavə, 2028-ci ildə 4 km böyüklükdə olan "1997FX11" adlı meteorit Dünyanın çox yaxın məsafəsinə kimi yaxınlaşacaq. Mütəxəssislər göy cisimləri arasında "1997FX11"in təhlükəli olduğunu bildirirlər. Bu daşın Yerə dəymə ehtimalı üzərində düşünən alimlər, son təhlillər zamanı daşın hansısa təhdid daşımadığı qənaətinə gəliblər.

Hazırda Yerə yaxınlaşmaqda olan meteoritin 930 min km uzaqlıqdan keçəcəyi, böyük olduğu üçün isə gözlə belə görülə biləcəyi proqnozlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    vaxt · 17 İyul 16:1721

    yere dushse ela olardi

    Cavab yaz
    • Anonim
      ........ · 17 İyul 16:4011

      Niye a bala?Milleti niye qirirsan? Bir dene denen ele gelib öz bawima düwsün canim qurtarsinda.

      Cavab yaz
      • Anonim
        ano · 17 İyul 17:4700

        Duz diyir yere düşsün

        Cavab yaz
  • Anonim
    perviz · 17 İyul 19:4100

    duwse da

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.