Dünya

Ağdərədə erməni zabit əsgəri özünə qəbir qazmağa məcbur etdi

17 İyul 2017 13:42
3 Şərh     Baxış: 1 624

İşğal altında olan Dağlıq Qarabağda yerləşmiş Ermənistan ordusunun bölmələrindən birində hərbçilər arasında atışma baş verib və bunun nəticəsində, bir zabit və müddətli xidmət edən əsgər yaralanıblar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində istifadəçilər yazıb.

Hadisəyə səbəb kimi müdafiə postlarından birində əsgərin hərbi keşik mövqelərinin möhkəmləndirilməsi üzrə mühəndis işlərinin yerinə yetirilməsindən imtina etməsi olub.

İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşmiş dağ-atıcı bölüklərdən birinin komandiri, baş leytenant Vahe Qriqoryan sərxoş halda, silahla hədələyərək, əsgəri məcbur edib ki, özünə qəbir qazsın.

Təhqirlərə dözməyərək, əsgər avtomatı götürərək zabitə atəş açıb. Atışma nəticəsində V.Qriqoryan boynundan ağır yara alıb. Bundan sonra əsgər özünə atəş açaraq, intihara cəhd edib.

Hadisə yerinə özlərini yetirmiş digər hərbçilər yaralılara ilk tibbi yardım göstəriblər. Hər iki hərbçi Ağdərə (Mardakert) hospitalına çatdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    asi · 17 İyul 14:0020

    Əslində zabit ağıllı iş görüb.Axır əzəl onsuzda hamısına qəbir lazım olacaq..Bizim əskərlərin işi onları öldürməkdir, qəbir işlərini özləri həll etsin))

    Cavab yaz
  • Anonim
    Rasul · 17 İyul 14:4212

    hava proqnozundada Qubadli, Kelbecerin gundelik havasin gosterirler... bu kime lazimdiki?! ermenistanin rayonlari kime lazimdiki?!

    Cavab yaz
    • Anonim
      asi · 17 İyul 22:5600

      Adam, o rayonlar nə vaxtdan ermənistanın olub??

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.