Dünya

Nişanlısı məhəllədə şort geydiyi üçün qızı döydülər - FOTO

17 İyul 2017 11:28
3 Şərh     Baxış: 2 195

İstanbulun Sarıyer rayonunda quldurlar nişanlısı şort geydiyi üçün bir gənc qızı və ailəsini döyərək xəstəxanalıq ediblər.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, evlərinin qarşısında nişanlısı ilə oturan Büşra D. nişanlısı evinə getdikdən sonra qohumlarının hücumuna məruz qalıb. Nişanlısının şort geyməsi ilə məhəllənin əxlaqını pozduğunu söyləyərək Büşra D.-nı döyən 4 şübhəli Mehmet D., Musa D., İsa D. və İsmail D. qızlarına köməyə qaçan valideyinlərini də xəstəxanalıq ediblər.
 
Polislər ailənin şikayətindən sonra 4 cinayətkarı tutsa da, ifadələri alınıb, sərbəst buraxılıblar. Təcavüzkarların sərbəst buraxılmasına üsyan edən Büşra D. və ailəsi isə "Qadının şort geyməsini ədəbsizlik olaraq görənlər artıq kişilərin geyiminə də qarışır. Bunlara göz yumulmamalıdır" deyərək yaşananlara sərt reaksiya göstəriblər.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Bəhman · 17 İyul 11:4530

    Əfqanıstanda da yobazlıq,gerilik,taliban hərəkatı belə şeylərdən başladı..nəticədə Əfqanıstan dünyanın ən yoxsul ölkəsidir..və on illərdir qan su yerinə axır..Qaranlıq dünyadan qidalanan din istismarçılarını vaxdında durdurmasan nəticəsi çox ağır olacaq..

    Cavab yaz
  • Anonim
    A.L · 17 İyul 11:4730

    Istanbul getdikce Pakistan kendlerinin gunune dushmese yaxshidir. Gozumuz inkishaf eden muselman olkelerinden bir Turkiyeni gorurdu onu da ereb idealogiyasinin cahil fanatlari yerlebir eleyecekler axirda.

    Cavab yaz
  • Anonim
    aliko · 17 İyul 12:1500

    hamisi Turkiyenin kend keseyinden Istanbula tokulusenlerdi, ineye, uzunqulaga, okuze olan davranislarini insanlarin uzerinde sinaqdan kecirmeye gelibler sehere. Seher usagi olan gunden de hamisi adini deyisib Qeyret qoyub )

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.