Dünya

İŞİD üzvlərinin arasında 49 Serbiya vətəndaşı var

16 İyul 2017 20:55
0 Şərh     Baxış: 564

İŞİD terror qruplaşması üzvlərinin arasında 49 Serbiya vətəndaşı var.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri Neboyşa Stefanoviç deyib.

"Onlardan bəziləri ölüb, bəziləri isə hələ də oradadırlar. Bu digər Avropa ölkələrində olduğu kimi böyük say deyil, amma belə şeylər həmişə narahat edir və vaxtında edilən informasiya mübadiləsi özünü qorumaq üçün yeganə üsuldur", - nazir deyib.

O, əlavə edib ki: "Serbiya Avropanın ən təhlükəsiz ölkələrindəndir".

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.