Dünya

Çinin patrul gəmisi Yaponiyaya məxsus ərazi sularına daxil olub

16 İyul 2017 13:21
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya Sahil Mühafizəsinin bildiridiyinə görə, Çinin patrul gəmisi Yaponiyanın Kyuşu adasının şimal sahillərində bu ölkəyə məxsus ərazi sularına daxil olub. Bu barədə NHK telekanalı məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumatda patrul gəmisinin iyulun 15-də saat 11:50 dəqiqədə Naqasaki prefekturasının Tsuşima adasının cənub-qərbində Yaponiyanın ərazi sularına daxil olduğu bildirilir. Gəmi Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından 30 dəqiqə sonra həmin ərazini tərk edib.

Rəsmi nümayəndələrin bildirdiyinə görə, Sahil Mühafizəsi həmin gəmiyə xəbərdarlıq edərək onu nəzarət altına alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.