Dünya

Deputat həbs edildi - 8,8 milyonluq yeyinti

15 İyul 2017 21:26
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevin Peçersk rayon məhkəməsi Ali Radanın "Müxalifət bloku" fraksiyasından olan deputatı Mixail Dobkin haqqında iki aylıq həbs qərarı çıxarıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bundan öncə prokurorluğun təqdimatı ilə Ali Rada Mixail Dobkinin deputat toxunulmazlığını ləğv edib.

Məhkəmənin qərarına əsasən, Dobkin 14 sentyabr 2017-ci ilə qədər nəzarət altında olacaq. Məhkəmə deputatın 50 milyon qriven (2 milyon dollar) girov müqabilində azadlığa çıxmasını mümkün hesab edib.

Qeyd edək ki, deputat 2006-2010-cu illərdə Xarkov meri olarkən, 77 hektar torpağın qanunsuz olaraq, icarəyə və ya şəxsi mülkiyyətə verilməsində iştirak etməkdə günahlandırılır. Bunun nəticəsində dövlətə 227 milyon qriven (8,8 milyon dollar) ziyan dəydiyi bildirilir.

Dobkin isə bildirib ki, deputat toxunulmazlığının ləğv edilməsi onun həmkarlarını qorxutmaq məqsədi daşıyır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.