Dünya

Fransa Qətər üzərindən sanksiyaları götürməyə çağırıb

15 İyul 2017 20:08
0 Şərh     Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa hökuməti ərəb ölkələri tərəfindən tətbiq olunan Qətər əhalisinə aid məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ölkənin xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.
"Fransa əhaliyə, xüsusilə də üzvləri müxtəlif ölkələrdən olan və ayrı düşən ailələrə aid tədbirlərin daha tez bir zamanda ləğvinə çağırıb", - deyə Jan-İv Le Drian bildirib.
O, bu bəyanatla Dohaya səfəri zamanı çıxış edib.
Qeyd olunur ki, Fransanın xarici siyasət idarəsinin rəhbəri iyulun 15-də Səudiyyə Ərəbistanına, iyulun 16-da isə Küveyt və BƏƏ-yə səfər etmək niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.