Dünya

Putindən benzinin qiyməti ilə bağlı AÇIQLAMA

15 İyul 2017 13:09
7 Şərh     Baxış: 13 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin ölkədə benzinin qiymətinin artmasını şərh edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bunun müxtəlif faktorla əlaqəli olduğunu deyib.

Rusiya prezidentinin sözlərinə görə, benzinin qiymət artımı ilk növbədə bu xarici yanacaq bazarının konyukturası ilə bağlıdır.

V.Putin deyib: "Əgər bizdə azad bazardırsa, biz qiymətləri qonşu ölkələrdəki qiymətlərdən fərqli saxlaya bilmərik, əks təqdirdə "dəmir qapılar" düzəltməyə məcburuq".

Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti qonşu ölkələrdə az olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək: "Əgər istəmiriksə, benzinimizi ölkədən ucuz olduğu üçün çıxarsınlar, ölkənin daxilində qiymətə nəzarət etməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.