Dünya

Həbsxanada olan Rza Zərrabla bağlı gözlənilməz qərar

15 İyul 2017 11:35
3 Şərh     Baxış: 3 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabla bağlı yeni xəbərlər var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Nyu-Yorkun Manhetten bölgəsində Metropolitan həbsxanasında tutulan Rza 3 həftə təcridxanada saxlanılıb.

Zərrabın vəkili Bencamin Brafman cinayət işinə baxan hakim Riçard Bermana yazdığı ərizədə müvəkkilinin heç bir səbəb göstərilmədən 21 gün təcridxanaya salınmasını, ardından yenə də heç bir səbəb göstərilmədən Bruklindəki digər həbsxanaya transfer edildiyini ifadə edib.

Həmin həbsxanada saxlanılan məhkumlar digər məhkumlardan tamamilə ayrı saxlanılır. Vəkil həbsxana idarəçilərinin Zərrabı təcridxanaya qoyduqları üçün onları məhkəməyə verəcəyini bildirib. O, eyni zamanda ayyarımdır Zərrabla əlaqə saxlaya bilmədini əsas gətirərək oktyabrın 30-da başlayacaq məhkəmə prosesinin təxirə salınmasını istəyib.

Qeyd edək ki, R.Zərrab müğənni Ebru Gündeşin əridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.