Dünya

ABŞ müdafiə nazirindən Türkiyənin S-400 ZRK alması barədə AÇIQLAMA

15 İyul 2017 11:01
0 Şərh     Baxış: 1 698

ABŞ-ın müdafiə naziri Ceyms Mettis hesab edir ki, rəsmi Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksi almaq niyyəti bu ölkənin suveren haqqıdır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Mettis bununla əlaqədar jurnalistlərin sualını cavablandırarkən deyib: "Bu suveren qərardır, bu qədər".

Bununla yanaşı, o, S-400 komplekslərinin Türkiyənin üzv olduğu NATO-nun hərbi texnikası ilə uyuşmazlığı barədə eyhamı cavabsız qoymayıb.

"Problem ondadır ki, NATO sistemlərini Rusiya texnikası ilə necə uyğunlaşdıracaqlar. Onlar heç bir zaman operativ nöqteyi-nəzərdən uyuşa bilməz", - Pentaqon başçısı qeyd edib.

Xatırladaq ki, Rusiya və Türkiyə S-400 təchizatı ilə bağlı sazişin texniki tərəflərini razılaşdırıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.