Dünya

Havay adalarında güclü yanğın: ölənlər və yaralılar var

15 İyul 2017 09:16
1 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havay adalarının paytaxtı Honoluludakı çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğın zamanı azı 3 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Honolulu Star-Advertiser" nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, iki nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə həkimlər cəlb edilib.

Yanğınsöndürmə xidmətinin rəisi Devid Cenkins bildirib ki, alovun söndürülməsinə azı 100 yanğınsöndürən cəlb edilib. Yerli vaxtla saat 14:15-də başlamış alovun söndürülməsi 3 saat ərzində mümkün olmayıb.

Binanın 26-cı mərtəbəsində başlamış yanğın sonradan 25-28-ci mərtəbələrə yayılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.