Dünya

Tramp Qətər böhranının həllini müzakirə edib

15 İyul 2017 08:28
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər Qətər böhranının həllini müzakirə ediblər.

Bundan əlavə, Səudiyyə Ərəbistanı kralı pezident Trampı Mosulda İŞİD üzərində qələbə münasibəti ilə təbrik edib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.