Dünya

Yıldırım: "Türkiyə xalqı demokratiyaya bağlı olduğunu sübut etdi"

14 İyul 2017 22:58
0 Şərh     Baxış: 696

Türkiyə xalqı demokratiyaya bağlı olduğunu sübut etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım Ankarada hərbi çevriliş cəhdi zamanı həlak olanların xatirəsinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Türkiyədə hərbi çevrilişə cəhd xalqın hökümətə və ölkəyə bağlılığını göstərdi.

"Türkiyə çevrilişlə ilk dəfə üz üzə gəlmir. Lakin ilk dəfə Türkiyə xalqı hərbi çevrilişin qarşısını aldı", - baş nazir deyib.

O, qeyd edib ki, hərbi çevriliş cəhdinin günahkarları öz hərəkətlərinə görə, cavab verəcəklər.

Binali Yıldırım əlavə edib ki, hərbi çevriliş cəhdinin qarşısının alınmasında türkiyə mediasınında rolu böyükdür.

"Biz Türkiyə mediasına öz təşəkkürümüzü bildiririk", - baş nazir deyib.

O, qeyd edib ki, Türkiyə əvvəlki kimi ölkədə medianın inkişafına dəstək olacaq.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.