Dünya

Ermənistanda rusiyalı hərbçi ölü tapılıb

14 İyul 2017 21:27
0 Şərh     Baxış: 1 010

Ermənistanın Sünik vilayətində Rusiya Federal Təhlükəsizliyi Xidmətinin Sərhəd İdarəsinin hərbçisi mənzildə ölü tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ilkin olaraq ölümə infarkt səbəb olub.

Sərhəd zastavasının rəisi vəzifəsində xidmət çəkən hərbçinin meyitinin aşkarlanması ilə bağlı məlumat iyulun 13-də daxil olub. Hadisə yerinə operativ-istintaq qrupu göndərilib. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
 
İnsidentlə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin olunub. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.