Dünya

Türkiyə almaniyalı deputatlara Konyada hərbi bazaya getməyə icazə vermədi

14 İyul 2017 19:56
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Almaniya parlamentarilərinə NATO-nun Konyada yerləşən hərbi bazasını ziyarət etməyə icazə verməyib. Milli.Az Trend-ə istinadən bildirir ki, deputatların alman hərbi kontingenti yerləşən bu bazaya səfəri iyulun 17-ə planlaşdırılmışdı.

Almaniyalı parlamentarilərin səfərinə qadağa qoyulması barədə xəbərdarlıq ölkənin Xarici İşlər Nazirliynə təqdim olduğu artıq qeyd olunub.

Qeyd olunur ki, deputatların səfərinə icazə verilməməsi nota şəklində ünvanlanıb və notada deyilir ki, Türkiyə və Almaniya arasında hazırda münasibətlər o qədər gərgindir ki, deputatların səfəri indi arzuolunmazdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.