Dünya

Vladimir Jirinovski: "Ermənistanı birləşmiş qruplaşmanın komandanlığına buraxmaq olmaz!"

14 İyul 2017 18:27
2 Şərh     Baxış: 1 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Rusiya Dövlət Dumasının iclasında Rusiya Liberalı-Demokrat Partiyası (RLDP) fraksiyasının lideri Vladimir Jirinovski Rusiya və Ermənistan birgə qoşun qruplaşması barədə sazişin ratifikasiyası məsələsi üzrə müzakirələrin gedişində bildirib ki, erməni zabitləri qruplaşmanın komandanlığına buraxılmamalıdır.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Dövlət Dumasındakı mənbə verib.

RLDP lideri Vladimir Jirinovski əmindir ki, Rusiya ərazisindən kənarda birləşmiş qoşun qruplaşmalarının və hərbi bazaların birgə idarə edilməsi yolverilməzdir.

Xatırladaq ki, bu gün RF Dövlət Duması Rusiya və Ermənistan birgə qoşun qruplaşması barədə sazişi ratifikasiya edib. Saziş 2016-cı ildə 5 il müddətinə avtomatik uzadılma şərti ilə bağlanıb və Rusiya ilə Ermənistan arasında ümumi müdafiə və təhlükəsizlik fəzasının formalaşdırılmasının beynəlxalq hüquqi əsaslarının müəyyənləşdirilməsinə yönəldilib.

Vladimir Jirinovski hesab edir ki, RF və Ermənistan birləşmiş qoşun qruplaşması müstəsna olaraq Rusiya komandanlığı altında olmalıdır.

"Bütün hərbi bazalar və birləşmiş qoşunlar qruplaşmaları üzərində komandanlıq yalnız müdafiə nazirinin baş qərargahının və bizim ali baş komandanın əlində olmalıdır", - Vladimir Volfoviç deyib.

Rusiyalı deputatın sözlərinə görə, birgə komandanlıq gözlənilməz mənfi nətəcələrə gətirib çıxara bilər.

"Bizim xəbərimiz olmadan hansısa hərbi əməliyyatlara başlayacaqlar və biz avtomatik olaraq həmin əməliyyata qoşulmalı olacağıq", - Vladimir Jirinovski öz mövqeyini izah edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.